Ayrılma məndən mələyim
Səninlə döyünür ürəyim
Sənsiz yaşaya bilmərəm
Sənsən hər arzu diləyim
Bilirsən ki çox sevirəm
Ayrılığı istəmirəm
Yalnız anam razı deyil
Budur səbəb tərk edirəm
Ürəyini heç sıxmaginən
Söz deməyinə baxmaginən
Yetər ki sən sev mələyim
Onun üçün darıxmaginən
Sadiqəm mən öz əhdimə
Şübhən olmasın eşqimə
Anamsa hər dəfə deyib
Qızım inanma heç kimə
Sonuna qədər səni sevəcəm
Gedib anana diz çökəcəm
Əgər razı olmasa o
Öz canıma qəsd edəcəm
Yalvarıram etmə belə
Özünü də incitmə belə
Xeyri yoxdu mənsə deyim
Anam gəlməyəcək yenə
Ürəyini heç sıxmaginən
Söz deməyinə baxmaginən
Yetər ki sən sev mələyim
Onun üçün darıxmaginən
Sadiqəm mən öz əhdimə
Şübhən olmasın eşqimə
Anamsa hər dəfə deyib
Qızım inanma heç kimə
Gəl qoşulaq qaçaq gülüm
Özümüzə yol açaq gülüm
Ayrılığa dözmür ürək
Düşmə məndən uzaq gülüm
İncimə məni başa düş
Alınmayır bizdə görüş
Hələ deyirsən anama
Hər gün evdə edir döyüş
Gəl qoşulaq qaçaq gülüm
Özümüzə yol açaq gülüm
Ayrılığa dözmür ürək
Düşmə məndən uzaq gülüm
İncimə məni başa düş
Alınmayır bizdə görüş
Hələ deyirsən anama
Hər gün evdə edir döyüş