Əfsanəyə bənzər dastana bənzər
Dolanıb dünyanı ürək də gəzər
Arzular içimdə dilək də gəzər
Şirin məhəbbətim, şirin nağılım
Gül sarılsa gülə küsgün deyildir
Göy qaralsa günə küsgün deyildir
Qəlb sızlasa dilə küsgün deyildir
Şirin məhəbbətim, şirin nağılım
Sənin fikrin dəli etməkdi divanəmi etməkmi məni
Yoxsa şama həsrət qalan pərvanəmi etmək məni
Deyirsən günah məndədir söylə gülüm fikrin nədir
Nə söyləsəndə behanədir çətinmidir sevmək məni
Sədaqət körpüsü çəkilən anda
Məhəbbət böyüdü həmən zamanda
Hələ uzaqlaşdın hiylə yalanla
Şirin məhəbbətim, şirin nağılım
Biri var imişsə biri yox imiş
Həyatın əzabı daha çox imiş
Belə tamamlanmır gözü tox imiş
Şirin məhəbbətim, şirin nağılım