Pərişan halıma ortaq olanım
Bütün dərdlərimə dərman olanım
Mənim ürəyimdə məskən salanım
Yoxdu səndən başqa içdən yananım
Ey Dost, Ey Dost
Mənim yuxularda yol göstərənim
Kimsə sənin qədər dəyər vermədi
Sən getdin qalmadı heçbir təsəllim
Rəsmindən alıram ətrini indi
Ey Dost, Ey Dost
İstəsəydin dünyanı, axırına gedərdim
İstəsəydin canımı sənə fəda edərdim
Gücümün yetdiyi qədər, çalışdım, vuruşdum mən
Bir zamanı, bir səni dayandıra bilmədim
Can dostum
İndi sən göydəsən, mən isə yerdə
Can dostum
Dünyanın dərdini böldük bir yerdə
Can dostum
Ağladıq biryerdə, güldük biryerdə
İndi yoxluğuna mən necə dözüm? (x2)
Doğmalar içində ən doğma kəsim
Olması olmazım döyünən nəbzim
Cismin çıxıb gedər bəlkədə dostum
Ruhun mənimlədir bu mənim bəsim
Ey Dost, Ey Dost
İstəsəydin dünyanı, axırına gedərdim
İstəsəydin canımı sənə fəda edərdim
Gücümün yetdiyi qədər, çalışdım, vuruşdum mən
Bir zamanı, bir səni dayandıra bilmədim
Can dostum
İndi sən göydəsən, mən isə yerdə
Can dostum
Dünyanın dərdini böldük bir yerdə
Can dostum
Ağladıq biryerdə, güldük biryerdə
İndi yoxluğuna mən necə dözüm? (x2)
Söz: Elçin Məhərrəmov
Mus: Arif Səlimov
Aranj: İlkin Həsən