Alnımdaki bu qırıslar,
Sənsizliyin imzasidi
Mənə gülür dost,tanıslar
Bu sevginin qisasıdı?
Ayrılığın adı yalan
Bu dərd hələ harasıdı?
Həsrətinin dadı yaman
Sinəm sevgi yarasıdı
Bu sevginin qisasıdı?
Qəlbim sınıbdır incidir
Yenə sınıq qalasıdı
Mən sevirəm o incidir
Bəlkə seytan balasıdı
Bu sevginin qisasıdı?
Ciyərlərim sevgi dolu
İcimdə esq havasıdı
O secdi ayrılıq yolu
Buda onun vəfasıdı
Bu sevginin qisasıdı?
Yenə qapına gəlmisəm
Fərz elə kecsəm ölmüsəm
Mən cox gedənlər görmüsəm
Bir tək sənə qal deyirəm
Günü günə düzməy olar?
Ayrılığa dözməy olar?
Bu qədər yar əzməy olar?
Dabanında nal deyiləm
Yenə qapına gəlmisəm
Bir tək sənə qal deyirəm
Mən səni düzgün sevirəm
Oluram küskün,sevirəm
Deyirəm hər gün sevirəm
Görürsənki lal deyiləm
Bir tək sənə qal deyirəm
Yox ayrılığın saatı
Sən istə yazım bayatı
Getmə neylərəm həyatı?
Qal canımı al deyirəm
Yenə qapına gəlmisəm
Fərz elə kecsəm ölmüsəm
Mən cox gedənlər görmüsəm
Bir tək sənə qal deyirəm
|Kenan M.M|