səndən sonra bu evə
fahişələr dadandı
ən hüznlü nəğmələr
boş şüşələr dadandı
səndən sonra qafqazda
müharibə başladı
yaxşı bir ölüm üçün
müharibəyə yollandım
indi heç nəyim yoxdu
bir quru çörəyim var
gecə siçanlar yeyir
gündüzlər özüm
cəhənnəm olsun hər şey
bir quru çörəyim..
siçanlar..
özüm..
səndən sonra ölüm də
mənə qismət olmadı
hamı öldü gecikdim
mənə güllə qalmadı
indi heç nəyim yoxdu
bir quru çörəyim var
gecə siçanlar yeyir
gündüzlər özüm
cəhənnəm olsun hər şey
bir quru çörəyim..
siçanlar..
özüm..
(sözlər aqşin yenisey)