Deyin ona son məktubunnan hər şeyi anladım
Deyin ona mənim adımdan mən bağışladım
Deyin ona qayıtmasın mənim yanıma, əvəz olunar.
Deyin ona mən inanmıram o məni axtarır,
Deyin ona mən bacarmıram gözlər yaşarır
Deyin ona məni tapsın, mənim qəlbimdə əvəz olunmaz.
Nə qədər desəm də, nə qədər dözsəm də
Bu ürək onundur, deyin ona.
Deyin ona dünən bu vaxtı çoxlu ağladım,
Deyin ona necə şəklini mən qucaqladım
Deyin ona səhərləri gecələr aldı mənim əlimdən.
Deyin ona mən də istədim onunla olam,
Deyin ona mən də sarıldım tənha otağa
Deyin ona qayıtmasın ötən anlara.....
Ötən anlara.
Nə qədər desəm də, nə qədər dözsəm də
Bu ürək onundur, deyin ona.