Almanı atdım xarala
Qaldı sarala-sarala
Dağlarda döndüm marala
A tirmə köynək, ay sarı çəpkən
A tirmə köynək, sarı çəpkən
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Yarın bağında üzüm əsgəri
Bağın dalında həzin səs gəlir
Sağ ol gəl, var ol gəl
Bir gecə mehman ol gəl
Gəlin gedək bizim bağa
Hərə çıxaq bir budağa
Ləb-ləbə dodaq dodağa
A tirmə köynək, ay sarı çəpkən
A tirmə köynək, sarı çəpkən
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Yarın bağında üzüm əsgəri
Bağın dalında həzin səs gəlir
Sağ ol gəl, var ol gəl
Bir gecə mehman ol gəl