Aylı gecələri sənsiz gəzirəm
Xəzən yarmaqları sənsiz əzirəm
Yolunu gözləyib dərdə dözürəm
Sönmüş ocaqıma dönürəm sənsiz
Verdiyin həsrətin damla damladı
Ahu duman olur ortur yolları
Axtarır gözlərim vəfasız yarı
Göydə ulduzları görmürəm sənsiz
Gəzdiyin yerləri xəzər tutubdur
Sərin bulaqların suyu donubdur
Yaşıl cəmənniyə şeyda quludur
Daha o yerlərə getmirəm sənsiz
Ağlayır yarpaqlar əsir budaqlar
İslanmış üzümdə donub yanaqlar
Üzümdə qəm kədər qəlbim qan ağlar
Neyləyim mən gülə bilmirəm sənsiz