Eşqimizin donu qara
Doğulmusam ki üzülüm?
Bu esq bizi cəkir hara
Unut məni qara gözlüm,
Unut məni mən evliyəm
Öz bağında gül olarsan
Avazı bülbül olarsan
Mənə dəymə kül olarsan
İstəmirəm kül eyliyəm
Unut məni qara gözlüm
Unut məni mən evliyəm
Dərd gözümü yas eylədi
Ağlımı nimdas eylədi
Esq məni sərxos eylədi
Toxunma ruhu kefliyəm
Unut məni qara gözlüm,
Unut məni mən evliyəm
Göz yasını qurut daha
Gözün olub bulud daha
Bu sevgini unut daha
Sənə son kəz əl eliyəm
Unut məni qara gözlüm,
Unut məni mən evliyəm
Gözümdə duman olarsan
Dilimdə aman olarsan
Sevmə,sevmə pesman olarsan
Sonra demə gileyliyəm
Unut məni qara gözlüm,
Unut məni mən evliyəm
Ürəyimi alanım var
Necə sevim yalanım var
Gözü yolda qalanım var
Elə bilmə tufeyliyəm
Unut məni qara gözlüm,
Unut məni mən evliyəm
|Kenan M.M|