Gələcəyini dediyin anda
Bir həyəcan, bir sevinc qəlbimə doldu.
Qırmızı xalılar sərdim yollarına.
Günlər, saatlar keçməz oldu,
3 günə demişdin aylar oldu.
Gəlsəydin kaş atılardım qollarına.
Gözlədim usanmadan, yorulmadan,
Xəbərin yox min dəfə öldüm.
Niyətin yoxmu sənin gəlməyə?
Eşq dediyin buysa, sevgi alovsa,
Yandım-yandım min dəfə söndüm.
Ürəyin yoxmu sənin sevməyə?
Nəqərat:
Qırmızı xalılar sərdim yollarına,
Gözlədim gələsən atılam qollarına.
Kim olursan ol, səni də bir gün silərəm.
Bil ki, bu gün gəlməsən sabah çox gec olacaq.