Xotda maşını Nabrana sür, nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək iki qardaş dənizə gedək
Yenə şəhər od tutub yanır yaydı bu cənnət Bakıda
Adam bayıra çıxa bilmir istidi dəhşət Bakıda
Yenədə Nabrana min şükür xotda maşını Nabrana sür
Nəyə lazımdır Bakının istisində əzab çəkək
Manqalı bağdan götürək gedək meşədə kabab çəkək
Sonrada Atlanta gedək diskateka səhərə qədər
Cavansan cavanlığ elə vermə cavanlığıvı hədər
Axı beş günlükdür ömür...
Xotda maşını Nabrana sür, nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək iki qardaş dənizə gedək
Yiyək-içək sərxoş olaq səhərə qədər keyf eliyək
Ömrümüzun bir gününü əyləncəyə sərf eliyək
Sərin yer sərin hava meşədəki düz yanımızda
Bir oğlanda ata bilməz qızlara söz yanımızda
Atsada istəyər üzr...
Yarla əl-ələ sahildə gəzməyin öz ləzzəti var
Dənizədə bir kəllə vurub üzməyin öz ləzzəti var
Həri nə var dənizdə var nə var dəniz qırağında
Dənizdən çıxıb eliyərik zaqar dəniz qırağında
Gün bizi eyliyər kömür...
Xotda maşını Nabrana sür, nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək iki qardaş dənizə gedək
Görsən əgər Qai eliyir arxamızca miqat sürək
Tutsa pravalar gedir 2`dən 4`ə at sürər
Mən sürürəmsə səndə sür dayanma ay brat sürək
Nabranacan maşın sürək ordan oyana həyat sürək
Maşında sür həyatda sür...