Azad Şabanov - Tənha radio
Mən hazırlaşırdım sənə deyim,
Gözlərin nə qədər doğmadır mənə...
Mən hazırlaşırdım sənə deyim,
Deyə bilməyəcəyim sözləri yenə...
Tənha Yol, tənha Ürək, tənha Radio
Nə demək istəyirdim mən? Onsuz da bilmir o...
Tənha Yol, tənha Ürək, tənha Radio
Nə demək istəyirdim mən? Deyəcək radio...
Yoruluram cəsarətsizlikdən...
Sən gedən yolları sərin yağış yudu.
Xəyal qurmayacam ikimizdən!
Sənə aldığım güllər maşında soldu...
Qaranlıq düşəndə.. adını yazıram şüşələrə...
Başğası səninlə, sevgidən danışır...
Bilmirəm hara gəlib çıxdım indi?
Arzular yenə məndən uzağlarda... Uzağda...